21-22 aprel 2024 tarixlərində Türkiyənin Antalya sahilində unudulmaz yarış keçirildi. Beynəlxalq iştiraka açıq Türkiyə çempionatında Avrasiyanın müxtəlif ölkələrindən 400 komanda iştirak etdi və istedadlı komandalar maraqlı kateqoriyalarda mübarizə apardı.
“Robotex Azerbaijan Eurasia Championship” Naxçıvan Dövlət Universiteti və Robotex Turkey tərəfindən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2-3 mart tarixlərində Bakı İdman Sarayında keçirildi.
Bəstəkarımız və sound designer-imiz Vüqar Məmmədzadə Gamepons şirkətinin “Video oyunlarda musiqinin əsas konsepti” adlı tədbirinə dəvət olundu.
Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və “Azərlotereya” ASC tərəfindən təşkil olundu.
Video oyun developer-ləri, oyun sənayesində çalışan mütəxəssislər və oyunçular Bakıda bir araya gələrək indie oyun studiyaları arasında ən yaxşıları seçdilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, “Information Valley Baku” və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupu, Code Academy və IBIS Baku City Hotel-in dəstəyi ilə “DIGIAGE - Baku” rəqəmsal oyun düşərgəsi keçirildi.
2017-ci ilin noyabrında başlayan, “Hackathon Azerbaijan” komandası tərəfindən təşkil olunan və IDRAK Technology Transfer şirkətinin sponsorluq etdiyi Game Jam yarışının final mərasimi keçirildi.