Robotex International

"The Last Station" oyunumuz Robotex regional yarışında birinci yerə layiq görüldü!

Naxçıvan Dövlət Universiteti və Robotex Türkiyənin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Robotex Azerbaijan Eurasia Championship" 2-3 mart tarixlərində Bakı İdman Sarayında baş tutdu.

Bu yarış təhsil və texnologiya sahəsində regionun ən parlaq beyinlərini bir araya gətirir, onlara bilik və bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və nümayiş etdirmək imkanı yaradır.

Bakıda keçirilən Robotex Azerbaijan Eurasia Championship-də 6 universitet, 41 məktəb və 10 özəl təşkilatdan 250-dən çox komanda, 1500-dən çox iştirakçı və 5000-dən çox qonaq iştirak etdi. Komandalar 4 yaş qrupu üzrə 18 kateqoriyada yarışdı və qaliblər müəyyən olundu. Hər kateqoriya üzrə ilk 3 komanda Antalyada keçiriləcək yarımfinalda ölkəmizi təmsil edəcək. Ən yaxşı nəticə göstərən 4-5-ci yer komandaları isə xüsusi münsif mükafatı ilə yarımfinalda iştirak edə biləcəklər. Qeyd edək ki, 18 ölkənin iştirakı ilə Antalyada keçiriləcək yarımfinal mərhələsində nəticə göstərən komandalar noyabrda Estoniyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.

Yarışın keçirildiyi məkan.

Bu yarışda Bakı Dövlət Universitetinin dəvəti ilə iştirak etdik. Yarışa gələn ziyarətçilərə oyunumuz haqqında məlumat verdik və münsiflər qarşısında 3 çətin pitch təqdimatı etdik. Nəticədə Software Entrepreneurship kateqoriyasında universitetlər arasında birinci yerə layiq görüldük.

Bakıda keçirilən Robotex Azerbaijan Eurasia Championship-də qalib komandalara kubok və sertifikatlar təqdim edildi. Startup yarışında iştirak edən komandalara xüsusi üstünlüklər veriləcək. Beləliklə, onlar Türkiyənin texnoparklarında şirkət qura və Türkiyə dövlətindən maliyyə dəstəyi ala biləcəklər. Eyni zamanda, bu yarışda alınan sertifikatlar gələcəkdə dünyanın tanınmış universitetlərində təqaüdlə təhsil almaq istəyən tələbələrin şanslarını artıracaq.

Stendimizdə komanda işini nümayiş etdirdik.

Shopping Cart (4)

Product Quantity Total
Magimons Black Frame Print
Framed Prints 24"x12" | Glossy
$38.00
85 Games Studio Men's T-Shirt
Clothing Black | Medium
$49.98
85 Games Studio Ennamel Mug
Coffee Mugs White
$16.00
Cart Subtotal $103.98
Estimated Shipping $14.00
Cart Total $117.98
Ödənişə keç
Axtardığınızı yazın, filtrləri seçin və axtarışa başlamaq üçün Enter düyməsini sıxın!