Robotex International

"The Last Station" oyunumuz Robotex Avrasiya yarışında birinci yerə layiq görüldü!

Robotex International yarışması təhsil və texnologiya sahəsində ən parlaq beyinləri bir araya gətirir və onlara bilik və bacarıqlarını beynəlxalq səhnədə sınamaq və nümayiş etdirmək imkanı yaradır.

Bakı Dövlət Universitetinin dəstəyi ilə Robotex International yarışmasının Avrasiya mərhələsində iştirak etdik. Tədbirdə ziyarətçilərə oyunumuz haqqında məlumat verdik və münsiflər qarşısında üç çətin təqdimat etdik. Nəticədə universitetlər arasında Software Entrepreneurship kateqoriyasında birinci yerə layiq görüldük.

Yarışın keçirildiyi məkan.

Antalyada keçirilən Robotex Türkiyə Avrasiya Çempionatında qalib komandalara kubok və sertifikatlar təqdim edildi. Bundan əlavə, startup yarışında iştirak edən komandalara Türkiyənin texnoparklarında şirkət qurmaq və Türkiyə dövlətindən maliyyə dəstəyi almaq üçün xüsusi üstünlüklər veriləcək. Bu yarışda əldə olunan sertifikatlar gələcəkdə dünyanın tanınmış universitetlərində təqaüdlə təhsil almaq istəyən tələbələrin şanslarını da artıracaq.

Robotex Türkiyə yarışındakı stendimiz.

Shopping Cart (4)

Product Quantity Total
Magimons Black Frame Print
Framed Prints 24"x12" | Glossy
$38.00
85 Games Studio Men's T-Shirt
Clothing Black | Medium
$49.98
85 Games Studio Ennamel Mug
Coffee Mugs White
$16.00
Cart Subtotal $103.98
Estimated Shipping $14.00
Cart Total $117.98
Ödənişə keç
Axtardığınızı yazın, filtrləri seçin və axtarışa başlamaq üçün Enter düyməsini sıxın!