85 Games Studio komandasına qoşul
Biz Azərbaycandan bütün dünyadakı oyunçular üçün oyunlar hazırlayırıq. Oyun development, interaktiv sistemlər, production, art, səs, QA, community və ya storytelling ilə maraqlanırsansa, səndən xəbər almaq bizi sevindirər.
Açıq vakansiyalar
85 Games Studio Bakıda yerləşən sürətlə böyüyən indie oyun studiyasıdır. Biz güclü icma və Azərbaycanın oyun sənayesində ən böyük auditoriyalardan birini qururuq.
Oyun testləri, bug reportları və oyunçu təcrübəsini yaxşılaşdırmaqla maraqlanan QA intern axtarırıq. Gəlin birlikdə böyük bir şey quraq və Azərbaycan oyun sektorunda tarix yazaq.
Tip: Təcrübə proqramı
Yer: Bakı / Remote
Nə edəcəksən:
- Oyun build-lərini müxtəlif cihaz və platformalarda test etmək.
- Bug-ları tapmaq, təkrar yaratmaq və addımlar, gözlənilən nəticə, real nəticə ilə aydın report etmək.
- Lazım olduqda screenshot, ekran videosu, cihaz məlumatı və build versiyasını əlavə etmək.
- Gameplay, UI, audio, idarəetmə və progress üçün checklist və sadə test case-lər işlətmək.
- Bug fix-ləri yoxlamaq və yeni build-lərdə regression testləri etmək.
- İstifadə rahatlığı, balans, oyunçu axını və ümumi keyfiyyət barədə feedback vermək.
- Canlı oyun layihəsində real production workflow-ları öyrənmək.
Tələblər:
- Oyunlara və oyun hazırlanmasına maraq.
- Detallara diqqət.
- Problemləri aydın və obyektiv təsvir etmək bacarığı.
- Eyni flow-u təkrar edib problemin həll olunub-olunmadığını yoxlamaq səbri.
- Tool-lar, build-lər və reportlar üçün əsas səviyyədə ingilis dili oxu-yazı bacarığı.
- Səlis Azərbaycan dili bacarığı.
- Tez öyrənmək və inkişaf etmək istəyi.
- Əvvəlki studio təcrübəsi tələb olunmur.
Üstünlükdür:
- Mobil oyun testində təcrübə.
- Jira, Trello və ya oxşar bug tracking tool-ları ilə tanışlıq.
- Test case, checklist və regression testing haqqında əsas anlayış.
- İngilis dili biliyi.
- Güclü soft skill-lər: ünsiyyət, komanda işi və məsuliyyət.
Nə qazanacaqsan:
- Real oyun development və QA təcrübəsi.
- Mentorluq və strukturlaşdırılmış öyrənmə.
- Yayımlanmış oyunlar üzərində işləmək imkanı.
- Komandada uzunmüddətli mövqe imkanı.
Qeydlər:
Bu, öyrənmə və real production təcrübəsinə fokuslanan ödənişsiz təcrübə proqramıdır. Ən yaxşı nəticə göstərən namizədlər təcrübədən sonra ödənişli mövqe təklifi ala bilər.
Necə müraciət etməli:
- CV-ni və təcrübən haqqında qısa qeydi göndər.
- Varsa, nümunə bug reportları, test qeydləri və ya playtesting təcrübəni əlavə et.
- Müraciətini bu ünvana göndər: career@85games.studio.
Müraciət üçün son tarix: 30 iyun 2026
İndi müraciət etE-mail ilə müraciət
CV-ni, portfolionu, LinkedIn profilini və maraqlandığın rolu göndər. Qısa və aydın yaz, nə hazırladığını, yayımladığını, test etdiyini, dizayn etdiyini və ya öyrəndiyini göstər.